"Guardian" dronla çəkilən görüntüləri yaydı - İnsanlıq dəhşəti

Çinin Sincan Uyğur Muxtar Vilayətində çəkildiyi iddia edilən bir görüntü Çinin Uyğur türklərinə qarşı amansız rəftarını yenidən ortaya qoyub.

Qaynarinfo Hurriyet.com.tr-yə istinadən xəbər verir ki, əlləri və gözləri bağlanmış, saçları qırxılmış yüzlərlə insan dəmiryol stansiyasına nəql edilməsini göstərən dron görüntüləri ciddi reaksiya doğurub. 

İngiltərənin "The Guardian" qəzetinə danışan Avstraliya Strateji Siyasət İnstitutunun əməkdaşı Nathan Ruser görüntünün keçən il avqust ayında Sincan Uyğur Xüsusi Bölgəsinin cənub-şərqindəki Korlada çəkildiyini deyib.

Çin hakimiyyəti görüntülərlə bağlı hələ bir açıqlama verməyib. Çinin uyğur türklərini mədəniyyətlərindən uzaqlaşdırmaq üçün xüsusi yaradılmış təhsil düşərgələrinə apardıqları iddia edilir.

Alpər
XƏBƏRLƏR
BLOGLAR