Bu gün güclü külək Daşkəsən rayonunda ciddi fəsadlara səbəb olub.
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, Daşkəsən rayon Fövqəladə Hallar Komissiyasının sədri Cavanşir Qocayev deyib ki, güclü külək rayonda 15-dən çox yaşayış binasının dam örtüyünü uçurub.
"Bu gün səhərdən başlayaraq rayon ərazisində güclü küləlk əsib. Külək daha çox rayon mərkəzi, Xoşbulaq, Əmirvar və Qarahəsənli kəndlərinə ziyan vurub. Güclü külək səbəbindən rayon mərkəzində iki hündürmətbəli binanın dam örütyü taxta konstruksiyalarla birlikdə uçub. Bundan başqa, Xoşbulaq kəndində tibb mənqətəsinin, Qarahəsənli kəndində isə məktəb binasının dam örtüyünə ziyan dəyib", - deyə C.Qocayev vurğulayıb.
C.Qocayev əlavə edib ki, hazırda Fövqəladə Hallar Komissiyası dəymiş ziyanı araşdırır.
Qeyd edək ki, güclü külək rayonun rabitə və eklektrik xətlərinə də ziyan vurub, bəzi kəndlərə gedən elektrik naqilləri qırılıb.
Hazırda daxili imkanlar hesbaına küləyin yaratdığı fəsadların aradan qaldırılmasına başlanıb.
Şərhlər