Video 17:00 12.05.2019

Güləşçi rinqdə öldü (VİDEO)

Dünya Güləş Çempionatının sabiq güləşçisi Silver Kinq Londonda rinqdə ölüb.

Qaynarinfo CNN-ə istinadən xəbər verir ki, əsl adı Sezar Barron olan 51 yaşlı meksikalı güləşçi Londonda baş tutan yarışdan sonra bir müddət yerdə qalıb, daha sonra onun keçindiyi müəyyənləşib. Onun ürək tutmasından öldüyü təxmin edilir.

Qeyd edək ki, Silver Kinq 2005-ci ildə "Nacho Libre" komediyasında rol alıb.

Gülşən