İdman 21:37 10.08.2019

Güləşçilərimiz daha 5 medal qazandı

Gürcüstanın paytaxtı Tiflisdə Vaxtanq Balavadze və Givi Kartoziyanın xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə Qran-pri turniri başa çatıb.

Qaynarinfo xəbər verir ki, yarışların sonuncu günündə 86, 97, 125 kiloqram çəki dərəcələrində sərbəst, 82, 97 və 130 kiloqram çəki dərəcələrində yunan-Roma güləşində medalçılar müəyyənləşib. Pəhləvanlarımızdan beşi fəxri kürsüyə qalxıb.

Yunan-Roma güləşi üzrə yarışda Rafiq Hüseynov (82 kq) və Orxan Nuriyev (97 kq) gümüş, Elvin Mürsəliyevlə (82 kq) və Beka Kandelaki (130 kq) isə bürünc medal qazanıb. Sərbəst güləşdə isə Hacımurad Məhəmmədsəidov (86 kq) ikinci yeri tutub.

Beləliklə, güləşçilərimiz Qran-pri turnirində, ümumilikdə, 13 medal qazanıb. Bunlardan ikisi qızıl, yeddisi gümüş, dördü isə bürünc olub.