Gülmək arterial təzyiqin aşağı düşməsinə və qan damarlarının elastikliyinin yaxşılaşmasına müsbət təsir göstərə bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə life.ru-ya həkim-kardioloq, tibb elmləri namizədi Yevgeni Kokin məlumat verib.
Onun sözlərinə görə, gülüş damarların elastikliyini artırır, ürək ritminin dəyişkənliyini normallaşdırmağa kömək edir və hipertoniyanın əsas risk amillərindən biri hesab olunan xroniki stressi azaldır.
Kardioloq vurğulayıb ki, söhbət ani təsirdən deyil, gülüşün müntəzəm həyat tərzinin bir hissəsinə çevrildiyi halda uzunmüddətli müsbət nəticələrindən gedir.
Yevgeni Kokin bildirib ki, gülüş antihipertenziv dərmanları əvəz edə bilməz və yüksək qan təzyiqinin müalicəsində müstəqil üsul kimi qəbul edilməməlidir.
Aydın
Şərhlər