Dünya 13:16 07.05.2021

Gündeş və Rza Zərrabın qalmaqallı boşanma məhkəməsi razılaşma ilə bitdi

Ebru Gündeş və Rza Zərrabın 11 illik evliliyi rəsmən sona çatıb. 

Qaynarinfo Türkiyə mediasına istinadla xəbər verir ki, mübahisəli olaraq başlayan boşanma məhkəməsi qısa müddətdə Gündeşin xəyanət iddiaları mətbuatda yer aldıqdan sonra Zərrabın müqaviləli boşanmanı qəbul etməsi ilə nəticələnib. 

İstanbulda keçirilən iclasda məhkəmə cütlüyün qızı Alaranı Gündeşə verib. Məşhur müğənni qərardan dərhal sonra Alaranı Nyu Yorkda yaşayan Zərrabın yanına aparıb.
 
Alpər