Ölkə 13:59 12.09.2017

Günəşdə partlayış nə deməkdir?

Son günlər Günəşdə ardıcıl partlayışlar müşahidə olunur. Qaynarinfo" xarici mətbuata istinadən xəbər verir ki, sentyabrın 6-da qeydə alınan partlayış son dəfə 12 il bundan əvvəl olub. Bu partlayış tarixdə top 5-liyə düşəcək hadisə olaraq qiymətləndirilir. 

Bəs "Günəşdə partlayış" nə deməkdir? Bu hadisə Yer kürəsi üçün nə dərəcədə zərərlidir?

Mütəxəssislərin bu suallara müsbət cavabları var: "Günəşin atmosferi qırmızı okean plazması kimidir. Onun səthində daim dəyişikliklər baş verir. Belə ki, maqnit sahələri tez-tez biləşir, parçalanır. Bunun da nəticəsində tez-tez eşitdiyimiz maqnit qasırğası, maqnit seli, qığılcımlar, partlayışlar baş verir".  

Alimlər bildirir ki, Günəş enrjisi insan üçün birmənalı şəkildə zərərlidir. Belə ki, Günəşdən Yer kürəsinə güclü hava kütlələri daxil olur. Hansı ki, bu kütlələr mənbəyindən çıxdığı istilikdə və gücdə planetə çatarsa, bütün insanları kababa çevirə bilər. Ancaq məsafə uzaq olduğundan hava kütləsi planetimizə çatanda artıq soyumuş olur. Ancaq buna baxmayaraq, tərkibində yüksək gərginlikli enerji daşıyır. Bu da insanlarda baş ağrısı, təzyiq, ürək döyüntüsü və s. kimi narahatlıqlar yaradır. 

Onu da qeyd edək ki, mütəxəssislər baş verən partlayışların son olmadığını və növbəti 1 həftə ərzində də bunun baş verəcəyini gözlədiklərini bildiriblər. 

Nərmin Həsənli

Qaynarinfo.Az