Xəbər lenti

Gürcüstan parlamenti prezidentin veto qoyduğu yeni konstitusiyanı təsdiqlədi
Dünya 21:22 13.10.2017

Gürcüstan parlamenti prezidentin veto qoyduğu yeni konstitusiyanı təsdiqlədi

Gürcüstan parlamenti ölkə prezidenti Georgi Marqvelaşvilinin veto qoyduğu yeni konistitusiyanı üçüncü oxunuşda qəbul edib.

“Report” xəbər verir ki, bunun üçün qanunverici orqanın növbədənkənar iclası keçirilib.

Parlamentdəki müxalifət fraksiyası səsvermədə iştirak etməyib. Müxalifətçi deputatlar zaldan “Ayaqlanan konstitusiya!” şüarını asıblar.

Məlumata görə, yeni konstitusiyaya əsasən Gürcüstan parlament idarəetmə üsuluna keçir və prezidentin səlahiyyətləri kəskin şəkildə məhdudlaşdırılır. Yeni konstitusiya bir ildən, yeni prezident seçildikdən sonra qüvvəyə minəcək.

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->