Dünya 20:10 15.03.2020

Gürcüstanda koronavirusa 33-cü yoluxma qeydə alındı

Gürcüstanda koronavirusa yoluxma ilə bağlı üç yeni hal təsdiqlənib.

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, bu barədə məlumat Gürcüstan hökumətinin koronavirusla bağlı yaratdığı xüsusi rəsmi saytda yerləşdirilib.

Bununla qonşu ölkədə koronavirus diaqnozu qoyulan pasiyentlərin sayı 33-ə çatıb.

Qeyd olunub ki, karantində 427, stasionar nəzarətdə isə 73 nəfər saxlanılır.