Gürcüstanın Mərkəzi Seçki Komissiyası ölkədə prezident seçkilərinin ikinci turunun keçiriləcəyi tarixi açıqlayıb.
Qaynarinfo xəbər verir ki, Gürcüstan Mərkəzi Seçki Komissiyasının qərarına əsasən, ikinci tur noyabrın 28-nə təyin edilib.
Gürcüstanda prezident postu uğrunda iki əsas namizəd mübarizə aparır. Bunlar hakim "Gürcü Arzusu -Demokratik Gürcüstan” partiyasının dəstəklədiyi Salome Zurabişvili və müxalifətin namizədi Qriqol Vaşadzedir.
Qeyd edək ki, birinci turda prezidentliyə 25 nəfər namizədlik irəli sürmüşdü. Salome Zurabişvili seçicilərin 38,64%, Qriqor Vaşadze isə 37,74% səs toplamışdı. Prezidentin seçilməsi üçün isə seçicilərin 50%-nin səsini toplamaq lazım idi.
Şərhlər