Xəbər lenti

Gürcüstandan Azərbaycana gələn avtomobildə qanunsuz yolla keçirilən siqaretlər aşkarlanıb
Ölkə 11:25 22.04.2019

Gürcüstandan Azərbaycana gələn avtomobildə qanunsuz yolla keçirilən siqaretlər aşkarlanıb

Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ-21099" markalı avtomobil Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında saxlanılıb və sürücüsü şifahi sorğu-sual edilib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Report"a DGK-dan məlumat verilib.

Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Lakin gömrük yoxlaması zamanı avtomobilin salonunda və yük yerində gizlədilən "King" markalı 2 960 ədəd siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->