Xəbər lenti

“Neftçi” “Kəpəz”i darmadağın etdi
İdman 21:47 10.05.2024

“Neftçi” “Kəpəz”i darmadağın etdi

Futbol üzrə Misli Premyer Liqasında XXXIV tur start götürüb.


Qaynarinfo xəbər verir ki, üç günü əhatə edəcək turun açılış oyunu "Neftçi Arena"da baş tutub. 


"Neftçi" ilə səfər oyununa əsas heyətin 7 üzvü olmadan çıxan, üstəlik matçın gedişində azlıqda qalan "Kəpəz" böyükhesablı məğlubiyyətlə üzləşib. Baxmayaraq ki, hesabı açan tərəf qonaqlar olub.


"Neftçi" inamlı qələbə sayəsində 2-ci pilləyə yüksəlib.


Qeyd edək ki, turun "Araz-Naxçıvan" - "Turan Tovuz" və "Zirə" - "Qarabağ" görüşləri sabah, "Qəbələ" - "Sabah", "Sumqayıt" - "Səbail" matçları isə bazar günü keçiriləcək.


Misli Premyer Liqası


XXXIV tur


10 noyabr


Neftçi - Kəpəz 5:1 


Qollar: Andre Şinyaşiki, 44, 47, 76. Brayan Moreno, 45+2. Ağadadaş Salyanskiy, 87 - Latir Fal, 36.


Qırmızı vərəqə: Şakir Seyidov, 75.


Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Müslüm Əliyev, Əli Əliyev.


Hakim-inspektor: Ömər Paşayev.


AFFA nümayəndəsi: Elgiz Abbasov.


Bakı. "Neftçi Arena"


"Neftçi”: 93. Rza Cəfərov, 10. Filip Ozobiç, 14. Eddi İsrafilov (k)  3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 4. Mark Tamaş, 99. Ervin Koffi, 9. Andre Şinyaşiki, 11. Kilan Lebon, 88. Brayan Moreno.


Ehtiyat oyunçular: 1. İvan Brkiç, 95. Rəvan Kazımov, 8. Emin Mahmudov, 2. Qara Qarayev, 7. Azər Əliyev, 26. Ömər Buludov, 91. Ağadadaş Salyanskiy, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 6. Dieqo Valdez, 23. Ataa Caber, 77. Yeqor Boqomolski.


Məşqçi: Saşa Petroviç.


"Kəpəz”: 12. Kamran İbrahimov, 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 14. Elçin Əlicanov, 8. Elmir Tağıyev, 88. Şakir Seyidov, 33. Camal Cəfərov, 15. Cavad Kərimov, 26. Adama Niane, 91. Latir Fal, 78. Yeqor Xvalko (k).


Ehtiyat oyunçular: 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 29. Amil Yunanov, 10. Tural Rzayev, 47. Ədilxan Qarəhmədov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 13. Fərid Kələntərov, 66. Arzu Atakişiyev.


Baş məşqçi: Adil Şükürov.



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->