Gürcüstanın XİN rəhbəri koronavirusa yoluxdu

Gürcüstanın XİN rəhbəri koronavirusa yoluxdu

Gürcüstanın xarici işlər naziri David Zalkaliani koronavirusa yoluxub.

Qaynarinfo xəbər verir ki, bu barədə gürcü nazir "Facebook” səhifəsində yazıb.

"Yanvarın 23-də yoluxmuş şəxslə təmasdan sonra özünütəcrid rejiminə keçmişdim. PCR testi verdim və məndə COVİD təsdiqləndi”, - deyə Zalkaliani bildirib.

Onun sözlərinə görə, xəstəliyi yüngül keçirir və ev şəraitində müalicə olunacaq. 
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR