Gürcüstan Xarici İşlər Naziriliyi Rusiya prezidenti Vladimir Putinin ölkənin separatçı bölgəsi Abxaziyaya səfərini pisləyib.
"Qaynarinfo" xəbər verir ki, bununla bağlı Gürcüstan Xarici İşlər Naziriliyinin bəyanatında bildirilir.
Gürcüstan XİN-in rəsmi bəyanatında bildirilir ki, Rusiya prezidentinin separatçı bölgəyə səfəri beynəlxalq qanunvericiliyi pozub: "XİN Rusiyanı Gürcüstanın dövlətçiliyinə qarşı yönəlmiş təxribatçı addımlara son qoymağa və suveren dövlətin ərazi bütövlüyünə hörmətlə yanaşmağa çağırıb”.
Qaynarinfo.Az
Şərhlər