Çin Mədəniyyət Universitetinin professor və tələbələri Tayvanın paytaxtı Taybeyin dağlarında bu günə qədər çıxan ən uzunmüddətli göy qurşağı hadisəsinin şahidi olublar.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Tayvanın şimalında görünən təbiət hadisəsi 8 saat 58 dəqiqə davam edərək, dünyanın ən uzunmüddətli göy qurşağı rekordunu qırıb. Hadisə noyabrın 30-da saat 06:57-15:55 arasında gerçəkləşib.
Qeyd edək ki, bu günə qədər ən uzunmüddətli göy qurşağı 14 mart 1994-cü ildə Böyük Britaniyanın Yorkşir əyalətində qeydə alınıb, 6 saat davam edib.
Şərhlər