Foto 10:52 05.11.2017

Göyçayda keçirilən XII Nar festivalından FOTOREPORTAJ

Noyabrın 4-5-də Göyçayda keçirilmiş XII Nar festivalı maraqlı məqamları ilə yadda qalıb. Nar məhsullarından ibarət yarmarkalar, müxtəlif sort nar və ondan hazırlanmış məhsulların sərgiləri, eləcə də nar ilə bağlı müxtəlif müsabiqə və oyunlar iştirakçılarda və qonaqlarda xoş təəssürat yaradıb. Festival iştirakçıları ustalıqla hazırlanan nar şirəsi, nar şərabı, nardança, müxtəlif sortdan olan gilələnmiş nar dənələrinin dadına baxıblar.

"Qaynarinfo" Azərtac-a istinadən bildirir ki, otuz minə yaxın insanın iştirak etdiyi möhtəşəm Nar festivalında, həmçinin milli adət-ənənələrimiz də nümayiş etdirilib.

Xatırladaq ki, Göyçayda narın 67 sortu yetişdirilir. Nar və onun qabığından 20-dən çox xəstəliyin müalicəsində istifadə olunur.

XII Nar festivalından çəkilmiş fotoreportajı təqdim edirik.

















 
Qaynarinfo.Az