Gözlərini itirən minaaxtaranımızın görmə qabiliyyəti bərpa olundu (FOTO)

Gözlərini itirən minaaxtaranımızın görmə qabiliyyəti bərpa olundu (FOTO)

İki gözünün itirən minaaxtaran Elməddinin görmə qabiliyyəti bərpa olunub.

Qaynarinfo xəbər verir ki, bu barədə oftalmoloq-cərrah Tural Qəlbinur məlumat verib:

"ANAMA-da çalışan Elməddin Mirzəyev müharibə sonrası mina axtararkən ağır yaralanıb. Çoxsaylı qəlpə yarası ilə bir ayağını, eyni zamanda 2 gözünü itirib. Gəncədə əməliyyat olunaraq 1 ayağı kəsilib və 1 gözü xaric olunub, digər gözü ilkin yardım göstərilərək ümidsiz şəkildə bizə göndərilib. 

Elməddin ağır yaralı olduğu üçün onu yalnız yataqda müayinə etmək mümkün idi. Amma ümidimiz çox az idi... Çoxmərhələli əməliyyat qaçılmaz oldu... Gözün həm ön, həm arxa hissəsində əziz həmkarım Xəlil Hüseynovla bərabər 3 uğurlu cərrahi əməliyyat keçirdik. Bu gün Elməddin görür. Bunun bəxş etdiyi xoşbəxtlik qiymətsizdir...” 

Bahar Rüstəmli

XƏBƏRLƏR
BLOGLAR
X