Xəbər lenti

Hacı Məmmədov indi hardadır?
Ölkə 10:43 12.10.2017

Hacı Məmmədov indi hardadır?

Daxili İşlər Nazirliyinin (DİN) keçmiş polkovniki, çoxsaylı sifarişli qətllər, adam oğurluqları, quldurluq kimi cinayətlər törətmiş dəstənin başçısı Hacı Məmmədov saxlanma yeri ilə bağlı müəmmalar dolaşmaqdadır.

"Qaynarinfo" modern.az-a istinadən xəbər verir ki, o, hazırda 3 saylı cəzaçəkmə müəssisəsində saxlanılır. 

Sayta verilən məlumatda qeyd edilir ki, H.Məmmədov 2016-cı il aprelində səhhətindəki problemlə bağlı 11 il saxlanıldığı hazırki Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) istintaq təcridxanasından Penitensiar Xidmətin Binə qəsəbəsindəki İxtisaslaşdırılmış Müalicə müəssisəsinə köçürülüb. Ona ağciyər xəstəliyi ilə bağlı diaqnoz qoyulub. 

Müalicəsi bitdikdən sonra 3 saylı cəzaçəkmə müəssisəsinə gətirilib və hazırda orada saxlanılır.

Məlumatda deyilir ki, KİV-lərdə 3 saylı cəzaçəkmə müəssisəsi işgəncə məkanı kimi təqdim olunsa da, Beynəlxalq Qırmızı Xaç Komitəsinin dəstəyi ilə dünyada vərəmli məhkumların müalicəsində 1-ci yeri tutan müəssisə sırasına çıxıb. Qanuna əsasən, ömürlük məhbus vərəm xəstəsidirsə, hətta sağalıbsa belə, həmin müəssisədə saxlanıla bilər.

Məsələ ilə bağlı Penitensiar Xidmətin (PX) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Mehman Sadıqov bildirib ki, qanun cəza çəkən məhkumların saxlanma yeri və PX daxilində hərəkəti barədə KİV-də məlumatların verilməsini cəzanı icra edən orqana qəti qadağan edir:

“Hətta buna görə inzibati məsuliyyət də nəzərdə tutulub. Bu barədə məlumat yalnız məhkumun öz razılığı ilə ailə üzvlərinə və vəkilinə verilir. Həmin şəxslərin istəyinə əsasən bu barədə məlumat ictimailəşir”.

Qaynarnfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->