Hacıqabul gölünün bərpası üçün komissiya yaradılır

Hacıqabul gölünün bərpası üçün komissiya yaradılır

Bu gün Milli Məclisin (MM) Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin onlayn iclası keçirilib.

Bu barədə MM-in mətbuat xidməti məlumat yayıb.

Komitənin 2021-ci ilin payız sessiyası üçün nəzərdə tutulan qanunvericilik işlərini və müxtəlif səpkili tədbirləri əhatə edən iş planı müzakirə olunub.

İş planında aidiyyəti qurumlarla birgə həyata keçiriləcək tədbirlər sırasında "Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər üçün Milli Strategiya” çərçivəsində Suraxanı poliqonunda tullantıların idarə olunması ilə bağlı tədbirlərin, eləcə də Hacıqabul gölünün mövcud vəziyyəti və bərpası istiqamətində işlərin görülməsi üçün komitə üzvlərindən ibarət komissiyanın təşkili, Qlobal iqlim dəyişikliyinin Azərbaycana təsiri ilə bağlı dinləmələrin keçirilməsi məsələsi öz əksini tapıb.

Su problemi və suyun keyfiyyəti barədə müzakirələrin təşkili, işğaldan azad edilmiş ərazilərimizdə ekoloji vəziyyətin təhlili və digər bu kimi mühüm məsələlərin də yer alması razılıqla qarşılanıb.
XƏBƏRLƏR
BLOGLAR
X