Maqazin 10:55 29.10.2019

Hadisə: “Mənə “murdar türk” deyənlər də oldu...

Türkiyənin tanınmış müğənnisi Hadisə dünən axşam jüri üzvü olduğu "O səs Türkiyə” yarışmasında uşaq ikən xaricdə yaşadığı çətinliklərdən danışıb. 

Qaynarinfo xəbər verir ki, müğənni Belçikada doğulduğunu deyib:

"Mən Belçikada doğulmuşam. Məktəbdə dəfələrlə milli ayrıseçkiliklərlə qarşılaşmışam. Mənə hətta "murdar türk” deyənlər də olub. Məktəbdə hollandca danışıram, evə gəlirəm, türkcə danışıram. İki dil arasında da nə boyda fərq var təbii ki. Danışanda məni ələ salanlar da olurdu”.