Xəbər lenti

Bilgəh çimərliyində boynu sınan gənc öldü
Ölkə 10:43 03.07.2025

Bilgəh çimərliyində boynu sınan gənc öldü

Bakıda çimərlikdə ağır xəsarət alan gənc vəfat edib.

Qaynarinfo-nun Qafqazinfo-ya istinadən məlumatına görə, iyunun 14-ü Bilgəh qəsəbəsindəki dəniz çimərliyində Bakı şəhər sakini 2003-cü il təvəllüdlü Fuad Fəyyaz oğlu Musayev suya tullanarkən ehtiyatsızlıqdan xəsarət alıb.

Xəstəxanaya çatdırılan 22 yaşlı oğlanın boyun fəqərələrinin sındığı və sinirlərinin zədələndiyi məlum olub.

Tibbi yardıma baxmayaraq, F.Musayev iyulun 1-i xəstəxanada ölüb.

Faktla bağlı araşdırmalar aparılır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->