Ekonomiks 15:51 27.01.2022

Hafiz Məmmədovun nə qədər vergi borcu var? (MƏBLƏĞ)

İş adamı Hafiz Məmmədov dövlətə olan borcunu ödədiyini desə də, hələ də əhəmiyyətli məbləğdə vergi borcu var. 

Qaynarinfo-nun aaraşdırmasına görə, Hafiz Məmmədova məxsus "Baghlan Group FZCO” şirkətinin bu günə olan vergi borcu 24 053.11 AZN-dir. 
 


"Hafka" ləqəbli iş adamı bu gün Qaynarinfo-ya açıqlamasında bildirmişdi ki, Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 652 min manat borcu olub. Həmin borcu da ödəyib: "Mənim 4 şirkətim var idi. Şirkətlərimdə çalışan əməkdaşlara görə, Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 652 min manat borcum yaranmışdı. Şirkətlərim müflis olduğundan bunu ödəyə bilmədim. Məhkəmə də bu günə kimi vaxt vermişdi. Bu gün də həmin borcu ödədim”.

İş adamı həmçinin qeyd edib ki, onun şirkətlərinin heç vaxt vergi borcu olmayıb: "Mən heç vaxt vergidən yayınmamışam və bu işi özümə müqəddəs borc bilmişəm”.

Bu açıqlamadan sonra Hafiz Məmmədovun saxlanılması barədə rəsmi məlumat yayılıb. Beləliklə, aydın olur ki, iş adamının saxlanılması heç də əsassız deyilmiş.

"Baghlan Group FZCO" şirkəti 2007-ci ildə Birləşmiş Ərəb Əmirliklərində yaradılıb. Şirkətin yaradısıcısı Hafiz Məmmədovdur. Bu şirkət Ziya Məmədovun dövründə Nəqliyyat Nazirliyinin əsas partnyoru olub. Təsadüfi deyil ki, həmin vaxt mediada "Baghlan Group FZCO” şirkətinin Ziya Məmmədova məxsus olduğu iddia edilirdi. 

Hafiz Məmmədovun iş adamı kimi "ulduzunun” sönməsi də Ziya Məmmədovun hakimiyyət komandasında arzuolunmaz şəxs hesab edilməsindən sonraya təsadüf edir. 

"Baghlan Group FZCO”ya "Arcon” MMC və "Garant Holding” də daxildir. Hər iki şirkətin Ziya Məmmədova məxsus olduğu bildirilir.

Bu şirkətlərin də vergi borcu var. Lakin məbləğ o qədər də böyük deyil. "Arcon” MMC-nin bu günə olan vergi borcu 1576.94 AZN, "Garant Holding”in vergi borcu isə 141.84 AZN təşkil edir. 

Bəzi iddialara görə, bu şirkətlər artıq Ziya Məmmədovdan alınıb. Lakin bu məlumatlar rəsmi təsdiqini tapmayıb. 

Seyid

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?