Xəbər lenti

Hakerlər "Instagram"ı "sındırdı"
Texnologiya 11:53 01.09.2017

Hakerlər "Instagram"ı "sındırdı"

"Instagram" haker hücumuna məruz qalıb.

"Qaynrinfo" "İnterfaks"a istinadən xəbər verir ki, hakerlər email vasitəsilə məşhur istifadəçilərdən bir neçəsinin profilinin kodunu sındırmağı bacarıblar. 

Sosial şəbəkənin mətbuat xidmətindən verilən məlumata görə, artıq problem həll olunub və heç bir şəxsi informasiyaya müdaxilə olunmayıb: "Biz bir az əvvəl məlumat almışıq ki, kimsə məşhur istifadəçilərdən bir neçəsinin email adressi və əlaqə nömrəsi vasitəsilə şəxsi "Instagram" hesabına giriş olunub. Ancaq artıq bunun qarşısını almışıq". 

Hansı hesabların sındırılması ilə bağlı məlumat verilməyib. Ancaq sındırılan profillərin böyük izləyici kütləsi olan məşhur insanlara məxsus olması bildirilir. 

Nərmin Həsənli

Qaynarinfo.Az               

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->