Ölkə 15:24 11.10.2019

Haluk Ləvənd azərbaycanlı qız üçün Bakıya gəlir

Türkiyənin tanınmış rok ifaçısı Haluk Levent xərçəng xəstəliyindən əziyyət çəkən azərbaycanlı Sura Nadirova üçün Bakıya gələcək.

Qaynarinfo musavat.com-a istinadən xəbər verir ki, ifaçı bu barədə sosial şəbəkədə məlumat verib. Haluk bildirib ki, dekabrda  həmvətənimiz üçün konsert verəcək:  "Azərbaycan Suraya səssiz qalmadı. Onun yaxşılaşması üçün bütün qapıları açdı. Komandamız iki gün əvvəl Bakıya dəvət edildi. "Nargis Fund”un dəstəyi ilə 7 dekabrda Bakıdakı "Elektra Events Hall”da konsert olacaq. Bütün Azərbaycan xalqını gözləyirəm. Sura xilas olacaq”.

Qeyd edək ki, H.Levent 22 yaşlı Suranın sağalması üçün 400 min lira lazım olduğunu açıqlamışdı. O, daha sonra Sura üçün Azərbaycanda konsert vermək istədiyini bildirmişdi.