Xəbər lenti

Hansı avtomobillər qazla işləyə bilər? (VİDEO)
Video 22:31 04.11.2017

Hansı avtomobillər qazla işləyə bilər? (VİDEO)

Son illər ölkəmizdə avtomobillərə quraşdırılan qaz avadanlığına maraq artıb.

"Qaynarinfo" "Xəzər TV"yə istinadən xəbər verir ki, avtomobilin yük yerinə qaz balonu yerləşdirilir. 

Mühərrikə bir neçə detal əlavə edilir və bununla da avtomobil həm maye qaz, həm də benzinlə işləyə bilir.

Bu işlə məşğul olan şəxslər bildirir ki, qaz avadanlıqları injektorlarla işləyən bütün avtomobillərə quraşdırıla bilər. Ancaq bunun dizel mühərrikli avtomobillərə quraşdırılması mümkün deyil.

4 silindrli avtomobillərə qaz avadanlığının quraşdırılmasının qiyməti 1500, 6 silindrli nəqliyyat vasitələrinə 1800, 8 silindrli avtomobillərə isə 2200 manatdır. Bu zaman bütün avadanlıq şirkət tərəfindən təmin edilir və müştəriyə 1 il zəmanət verilir.

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->