Foto 16:10 08.05.2019

Kral ailəsinin yeni üzvü ilk dəfə media qarşısında (FOTO/VİDEO)

Sasseks Şahzadəsi Harri və Hersoginya Meqan Markl yeni doğulan körpələri ilə ilk dəfə media qarşısına çıxıb.

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, 6 mayda oğlan övladı dünyaya gətirən Markl açıqlamasında körpəsini "gözəl tempramentli, sakit və röya kimi" sözləri ilə təsvir edib. Cütlük valideynlik hissinin möhtəşəm olduğunu dilə gətirib. 

Qeyd edək ki, Harri və Meqan 8-ci nəticəsini Kraliça Elizabetlə tanış edəcək.

Gülşən