Bakıda keçirilən velosiped idmanının BMX növü üzrə dünya çempionatına hava şəraiti mane olub.
Oxu.Az-ın xəbərinə görə, bu gün Elit və Gənclər kateqoriyası üzrə keçirilməsi nəzərdə tutulmuş təsnifat mərhələsi yarışları təxirə salınıb.
Buna səbəb Bakıda əlverişsiz hava şəraitinin hökm sürməsidir. Həmin yarışın sabah saat neçədə keçiriləcəyinə yaxın müddətdə qərar veriləcək.
Qeyd edək ki, bugünkü yarışların saat 20:30-da keçirilməsi planlaşdırılmışdı.
Şərhlər