Ölkə 16:21 13.10.2021

Həbs edilən sabiq icra başçısının vəziyyəti necədir?

"Biləsuvar Rayon İcra Hakimiyyətinin koronavirusa yoluxan və həbsdə olan sabiq başçısı Mahir Quliyevin vəziyyəti stabil ağır olaraq qalır”. 

Qaynarinfo xəbər verir ki, bununla bağlı Oxu.Az-a açıqlamasında onun vəkili məlumat verib.

O bildirib ki, həkimlərin dünən verdiyi məlumata görə, M.Quliyevin vəziyyəti dəyişməz olaraq qalır.  

Xatırladaq ki, M.Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci il aprelin 29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Ona, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.