Həkimdən bəy və gəlinə toy günü vaksin vurulmasına sərt reaksiya: “Anafilaktik şok...”

Həkimdən bəy və gəlinə toy günü vaksin vurulmasına sərt reaksiya: “Anafilaktik şok...”

"Bu cur vaksinasiya tədbirlərini doğru saymıram. Çunki heç bir etikaya sığımır”. 

Qaynarinfo xəbər verir ki, bu sözləri öz sosial şəbəkə hesabında həkim Aytən İsmayılzadə toy günü bəylə gəlinin vaksinasiya olunması məsələsinə münasibətində bildirib. Həkim peyvəndləmənin tərəfində olduğunu qeyd edib:

"Mən ilk peyvənd olunan, peyvəndi təbliğ edən, bununla bağlı dəfələrlə musahibə verən həkim olmuşam. Öncədən də demişdim ki, vaksinasiya tədbirlərini kutləvi etsinlər. İş yerlərində, səyyar məntəqələrdə və s. Bizim TƏBİB-çilər isə nəsə çox ləng tərpəndilər. İndi düşüblər əl-ayağa və bu cur uyğunsuz aksiyalar həyata keçirirlər. Niyə uyğunsuz? İzah edim.

Məlumdur ki, pandemiya vaxtı toysuz ailə həyatı quranlar olub ki, onlar indi toy məclisi edir. Buna haqları da var... Amma onları gəlib toy gunu peyvəndləmə nə dərəcə doğrudur? Hər kəs bilir ki, peyvənddən ən azı allergik reaksiya, ən çoxu anafilaktik şok ola bilər. Və bunu toy gunu yaşamaq lazımdırmı? Gəlin hamilə də olmuş ola bilər. Butun antikovid peyvəndlərin təlimatında hamiləlik dövrü əks göstərişdir. Yəni bu təcrübə yoxdur. Və  peyvənddən sonra ilk uç ay hamiləlik planlanması məsləhət görülmür. Butun bunlar nəzərə alınırmı? Bəy və gəlin stres keçirəcək ki, görəsən necə olacaq? 
Umumiyyətlə, elə bəy və gəlindən başlamaq fikri kimin ağlına gəlib?

Məclisə daxil olan kimin hərarəti ölçülür? Peyvənd pasportu olsa da, kovidə yoluxmaq riski var. Yəni ehtiyat tədbirimiz niyə bəy və gəlindən başlamalıdır?
TƏBİB, vaksinasiya tədbirlərini daha sivil qaydada həyata keçirməyinizi məsləhət görurəm. 

İnsanlarımıza isə tövsiyə edirəm ki, yuxarıda qeyd etdiyim vəziyyətdə, bilmədən olan hamiləlik şubhəsi varsa, dərhal hamiləlik planlanırsa, bunları nəzərə alın. Ya hamiləliyi gecikdirin, ya da vəziyyətinizi dəqiqləşdirin".

Xatırladaq ki, Zərdabda vaksinasiya prosesi ilə bağlı rayonun Qoruqbağı kəndində yerləşən "Eldayaq" şadlıq sarayında monitorinq keçirilib. Məlum olub ki, bəy Səmədov İsaq Cabir oğlu və gəlin Qurbanova Səbinə Əlvan qızı vaksinasiya olunmayıblar. Bundan sonra hər iki gənc yaxınlıqdakı Məlikli kəndində vaksinasiya olunublar.
XƏBƏRLƏR
BLOGLAR
X