Həkimdən epidemioloji vəziyyətlə bağlı pozitiv açıqlama (VİDEO)

Həkimdən epidemioloji vəziyyətlə bağlı pozitiv açıqlama (VİDEO)

Peyvəndlənmə prosesi bu sürətlə davam edərsə, epidemioloji vəziyyət payızda sərt olmayacaq.

Qaynarinfo xəbər veirr ki, bunu ABR24-ün "Nə baş verir?” verilişinə açıqlamasında həkim Ümüd Səlimzadə deyib.

O bildirib ki, mayın 25-dən sonra vaksinasiya prosesi sürətlənib:

"Prosesin sürətlənməsinə səbəb də COVİD pasportları məsələsinin gündəmə gəlməsidir. Sözügedən tarixdən etibarən gündəlik 40-60 min insanın peyvəndlənməsi baş tutur. Proses bu sürətlə davam edərsə, ayda 1.2 milyon, avqustun sonuna kimi isə 3.6 milyon peyvəndlənmə görə bilərik.

Bizim 7 milyon əhalinin peyvəndlənməsinə ehtiyacımız var. Artıq 3 milyon insan peyvəndlənib və 3.6 milyon insan da yayın sonuna kimi peyvəndlənsə, bizi çox da sərt olmayan payız gözləyə bilər”.

X
XƏBƏRLƏR
BLOGLAR