Həkimlər döş xərçənginin inkişafına təsir edən faktorları və bunun qarşısını almağın yollarını açıqlayıblar.
"Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, xərçəngin bu növünün yayılmasının başlıca səbəblərindən biri kimi hormonal dərmanlar göstərilib. Xəstəliyi şiddətləndirən vasitələr arasında siqaret, alkoqol, birbaşa günəş şüaları, solyari və genetik meyillilik də var. Həkimlər xüsusilə sonuncu amil üzərində dayanırlar. Bu səbəbdən özündən əvvəlki nəsildə bu xəstəlikdən əziyyət çəkənlər olubsa, həmin şəxslər daha tez-tez həkim müayinəsindən keçməlidirlər.
Mütəxəssislər 30 yaşdan sonra qadınların müntəzəm olaraq müayinələrdən keçməsini məslhətə görürlər. Bu müayinələr 40 yaşdan sonra ildə 2 dəfə, 50 yaşdan sonra isə hər il aparılmalıdır.
Şərhlər