Video 17:01 18.03.2018

Həmidə Ömərovanın inanılmaz dəyişimi (VİDEO)

Stilist Anar Ağakişiyev məşhurları inanılmaz dərəcədə dəyişməkdə davam edir. Bu dəfə o, Xalq artisti Həmidə Ömərovanın imici üzərində işləyib.

Qaynarinfo big.az-a istinadən xəbər verir ki, əvvəlcə makiyajsız halı ilə kamera qarşısına keçən aktrisa daha sonra tamamilə dəyişilmiş formada görüntülənib. H.Ömərovanın imici üzərində Səbinə İmanova və turan Dadaşova çalışıb.

Anar Instagram-dakı paylaşımında bu dəyişimin tamaşaçılar üçün Novruz hədiyyəsi olduğunu deyərək, Xalq artistini "Azərbaycanın Sofi Loreni” adlandırıb:

Bütün Azərbaycan xalqını qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edirəm!Novruz bayramı - ən gözəl bayramlarımizdan biridir! Bu gözəl dəyişim məndən sizə yaz hədiyyəsi olsun. Respublikamızın xalq artisti, canlı korifey sənətkar, gözəlliyinə və obrazlarına heyran olduğum Azərbaycanın Sofi Loreni - Həmidə Ömərova! Allahdan Sizə uzun ömür və can sağlığı arzulayıram”.