Xəbər lenti

Öldüyü gün kəşf olunan asteroidə onun adını verdilər (FOTOLAR)
Sənət 16:55 25.01.2018

Öldüyü gün kəşf olunan asteroidə onun adını verdilər (FOTOLAR)

Yubiley dahiləri xatırlamaq üçün vasitədir. Bəli, o heç vaxt unudulmayacaq. 1938-ci ilin bu günü Rus musiqiçisi, şair və aktyor Vladimir Vısotski dünyaya gəlib. Yaşasaydı bu gün 80 yaşı olacaqdı.

Sovet İttifaqında sənətlə məşğul olmaq indiki kimi asan deyildi. Öncə dövlətin sizdən razı olması lazım idi. Dövlətin razılığı olmadan, əsərlərdə siyasi məslələrə toxunan şair və musiqiçilər həmin dövrdə "bard" olaraq tanınırdı.
 
Rus dilindən mükəmməl istifadə edən şair, musiqiçi, aktyor Vladimir Vısotski dini və feodal ünsürlərə toxunduğu üçün dövlət tərəfindən heç də yaxşı qarşılanmayan "bard"lardan idi. Şekspirin "Hamlet" Brextin "Galileonun həyatı" tamaşalarının unudulmaz aktyoru idi. Lakin yazdığı şeirləri və həmin şeirlərə bəstələdiyi mahnıları evinin mətbəxində, qonaq otağında edirdi. Bu səs yazıları isə demək olar ki, Rusiyada hər kəsin evinə gedib çıxır və sevilərək dinlənilirdi. 

Avara həyatı 25 iyul 1980-ci ildə alkoqola və narkotikə düşkün olduğundan 42 yaşında ürəyinin dayanması ilə bitdi. Arxasında çoxlu əsər, 3 evlilik, uşaqlar və ona ümidlə bağlanan insanlar qoyaraq, heçnəsiz sona çatdı.

Cənazəsi əvvəlcə, Taqanka Teatırında saxlanılmış, daha sonra Moskvada "Vaqankovskoye Məzarlğı"nda torpağa tapşırıldı. Dəfn mərasimi günü Moskvada Olimpiya oyunları keçirilirdi. Lakin Moskva sakinləri oyuna baxmağa deyil, onunla vidalaşmağa gəldilər. "Nauchniy" rəsədxanasında həmin gün kəşf olunan asteroidə Vladimr Vısotskinin şərəfinə "Astreoid 2374 Vladvysotskiy" adı verildi.

 
Məzarının üzərindən çiçəklər heç vaxt əskik olmayan şairə ölümündən sonra heç vaxt qəbul etmədiyi qızıl heykəlli "Sovet Birliyi Qəhrəmanı" adı verildi. 
Həyatı və ölümü haqqında rus "bard"ları xeyli şeir, bəstələr yazdı. Sonuncu həyat yoldaşı fransız olan Marina Vladi yaxın dostu Simon Signoretinin təkidi ilə həyat yoldaşı haqqında kitab çıxardı. 

 
Lalə Niftaliyeva

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->