Ölkə 17:40 24.06.2021

Hərbçilər “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif olundu (SİYAHI)

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Qaynarinfo xəbər verir ki, sərəncamla Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərmiş, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu "Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif ediliblər.