Hərbi Dəniz Qüvvələrinin təlimində gecə atışları yerinə yetirildi

Hərbi Dəniz Qüvvələrinin təlimində gecə atışları yerinə yetirildi

Müdafiə Nazirliyinin 2021-ci ilin döyüş hazırlığı planına əsasən həyata keçirilən təlimlərin birinci mərhələsi başa çatıb.

Qaynarinfo xəbər verir ki, mərhələnin son tapşırığı hava və sualtı hədəflərə qarşı atışların yerinə yetirilməsi olub.

Tapşırığın icrası zamanı düşmənin hava hədəfləri həmçinin sualtı qayıqlarına dərinlik bombaları atılıb və radiolokasiya maneələri qoyulub. Bundan sonra plana uyğun olaraq müəyyən olunmuş hədəflərə atəş açılıb.

Tapşırıq döyüş gəmiləri dəstəsi tərəfindən uğurla yerinə yetirilib.

Qeyd edək ki, təlimin ikinci mərhələsi sabah keçiriləcək.
X
XƏBƏRLƏR
BLOGLAR