Ölkə 14:33 17.10.2020

Hərbi ekspert: "Yaxın günlərdə bütün Qarabağ işğaldan azad ediləcək"

"Yaxın günlərdə bütün Qarabağ işğaldan azad ediləcək".

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Emin Həsənli deyib. Onun fikrincə, ermənilər məğlubiyyətin əvəzini çıxmaq üçün Gəncə şəhərində ardıcıl terror törədir:

"Onların həmişə gücü uşağa, mülkü əhaliyə çatır. Amma Azərbaycan Ordusu gərəkən tədbirləri görür, düşmənə zərbələr endirir. Qarabağ azad ediləcək. Bu istiqamətdə Azərbaycan ordusunun uğuru əməliyyatları edir".
 


Emin Həsənli cənab Prezidentin cəbhədə gedən döyüşlərlə bağlı hər gün yeni məlumatlar verdiyini qeyd edib:

"İnanıram ki, yaxın günlərdə biz bütün torpaqlarımızın azad edilməsi xəbərini də dövlət başçısının dilindən eşidəcəyik".

Bahar Rüstəmli