Həyat yoldaşına 15 milyon avro təzminat ödəyəcək

Həyat yoldaşına 15 milyon avro təzminat ödəyəcək

Boşanmağa hazırlaşan futbolçu Uesli SneyderYolante Kabau təzminat məbləğində razılığa gəlib.

Qaynarinfo Hollandiya mediasına istinadən xəbər verir ki, Qətərin "Əl-Qarafa" klubunda çıxış edən futbolçu 9 illik həyat yoldaşına 15 milyon avro ödəyəcək. Kabau ondan 19 miilyon avro tələb etsə də, cütlük 15 milyon avro ilə razılığa gəlib.

Qeyd edək ki, Sneyder-Kabau cütlüyünün münasibətləri ötən ildən pisləşib. Holland futbolçu əvvəlcə həyat yoldaşına xəyanət edib, sonra isə onu döyüb. Bir müddət sonra hər şeyə görə günahkar olduğunu etiraf edən Sneyder həyat yoldaşı ilə barışmaq üçün hətta psixoloji dəstək almağa razılıq vermişdi. Lakin bir müddət əvvəl dostları ilə bir əyləncə gecəsinə qatılan və çıxışda bir avtomobili əzən futbolçunun həbs olunması, Kabaunun boşanma qərarını qətiləşdirməsinə səbəb olub.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR