Maqazin 13:03 24.08.2019

Heydər Əliyev Mərkəzinin parkında konsert keçiriləcək

Avqustun 26-da saat 20.00-da Heydər Əliyev Mərkəzinin parkında estrada ulduzlarının konserti keçiriləcək.

Mərkəzdən Qaynarinfo-ya verilən məlumata görə, konsertdə Moskavada yaşayan populyar azərbaycanlı ifaçı Jony, əməkdar artist Miri Yusif, tanınmış müğənnilər Dilarə Kazımova, Səmra Rəhimli, Rauf Əhmədov, reperlər Elşad Xose və Qurd tamaşaçılara maraqlı proqram təqdim edəcəklər.