Xəbər lenti

Heydər Əliyev Sarayına yeni mətbuat katibi təyin olundu (FOTO)
Ölkə 16:45 06.03.2021

Heydər Əliyev Sarayına yeni mətbuat katibi təyin olundu (FOTO)

Heydər Əliyev Sarayının Mətbuat Xidmətində struktur dəyişikliyi və kadr islahatları aparılıb.

Qaynarinfo xəbər verir ki, Heydər Əliyev Sarayının direktoru Ramil Qasımovun əmri ilə Mətbuat Xidmətində mətbuat katibi vəzifəsinə Aytac Zaur qızı Bağırlı təyin olunub.

Qeyd edək ki, Aytac Bağırlı "Baku-Oxford-School” məktəbində təhsil alıb.

2016-2020-ci illərdə ADA Universitetində beynəlxalq münasibətlər üzrə bakalavr pilləsini, 2020-ci ildə "Yale” Universitetində, Harvard Universitetində, Kaliforniya Universitetində və London Universitetində bir sıra kurslar bitirib.

İngilis, fransız və Rus dillərini bilir.
 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->