Foto 14:32 16.09.2018

Heydər Əliyevin andiçmə mərasimi oldu (FOTO)

Sentyabrın 16-da Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Qaynarinfo xəbər verir ki, andiçmə mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin oğlu Heydər Əliyev gənc əsgər kimi iştirak edib. 
 
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak ediblər.