İdman 17:32 23.04.2021

Hikmət Hacıyev böyük məşqçi təyin olundu

Kikboks üzrə Azərbaycan Milli Komandasında böyüklər üzrə yeni böyük məşqçi təyin olunub.

Qaynarinfo xəbər verir ki, aprelin 21-də gerçəkləşən təyinatla böyük məşqçi postu Əməkdar məşqçi Hikmət Hacıyevə həvalə olunub.

Hikmət Hacıyev 2000-ci ildən məşqçi kimi fəaliyət göstərir.

2010-cu ildən 2021-ci il aprelin 21-nə kimi milli komandanın gənclər və yeniyetmələr üzrə baş məşqçisi işləyib.

H.Hacıyev 1999-cu ildən daxili işlər orqanlarında çalışır. "Dinamo” idman cəmiyyətinin kikboks uzrə baş məsqçisidir. Fəaliyyəti dövründə onlarla çempion yetişdirib.