Hikmət Hacıyev:

Hikmət Hacıyev: "Karantin rejimi gələcək günlərdə nəticəsini göstərəcək"

"Karantin rejimi gələcək günlərdə də öz nəticəsini göstərəcək”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, bu günə qədər olan tendensiyalar verilən qərarların düzgün olduğunu göstərir: "Ancaq tibbi maska və sosial məsafə ilə bağlı qaydalara da vətəndaşlar riayət etməlidir. Biz yeni norma və qaydalara uyğunlaşmalıyıq”.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR
X  No Image