Dünya 11:44 06.09.2018

Hindistan homoseksual münasibətləri leqallaşdırdı

Hindistan Ali Məhkəməsi homoseksual cinsi əlaqəni qadağan edən qanunun ləğvi barədə qərar qəbul edib.

Qaynarinfo NY Times-a istinadən xəbər verir ki, homoseksual əlaqələri qadağan edən 377 saylı qanun ləğv olunub. Ali Məhkəmənin qərarı 150 illik məhdudiyyətlərdən sonra homoseksual münasibətləri leqallaşdırıb. 

2009-cu ildə Yeni Delhi Ali Məhkəməsi homoseksual cinsi əlaqənin vətəndaş hüquqlarını pozması barədə qərar çıxarmışdı. 2013-cü ildə bu hökm ləğv edildi. 

Qeyd edək ki, 377 saylı qanun Böyük Britaniya müstəmləkəsi dövründə qəbul edilmişdi və homoseksual əlaqənin "təbiətin əleyhinə" olduğu vurğulanır, maksimum müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırdı.

Gülşən