Dünya 11:41 20.10.2018

Hollandiyada cinsiyyətin qeyd olunmadığı ilk pasport verildi

Hollandiyada cinsiyyətin qeyd olunmadığı ilk pasport verilib.

Qaynarinfo xəbər verir ki, 57 yaşlı Leonne Zeegers adlı şəxsin pasportundakı cinsiyyət bölməsində "qadın" və ya "kişi" yox "X" yazılıb. Kişi olaraq doğulan həmin şəxs 2001-ci ildə əməliyyatla qadın olub, lakin özünü heç bir cins kateqoriyasına aid etmir. Zeegers məhkəməyə müraciət edərək sənəddəki bu dəyişikliyə nail ola bilib.

Qeyd edək ki, Hollandiya əhalisinin 4%-i özünü nə qadın, nə də kişi, yəni interseks adlandırır.

Gülşən