Dünya 11:49 05.02.2018

Hollivud ulduzu islamı qəbul etdi

"Alatoran" filmləri ilə məşhurlaşan aktyor Robert Pattinsonun müsəlman olduğu iddia edilib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, iddialara görə aktyor müsahibələrinin birində islamə qəbul etdiyini söyləyib. Onun müsəlman olması ilə bağlı "New York Times"a verdiyi, lakin yayımlanmayan açıqlamaları mətbuata sızdırılıb.

Aktyorun müsahibəsindən yayımlanmayan o ifadələri sizlərə təqdim edirik:

"2010-cu ildə Los-Ancelesdə gəzərkən gördüyüm bir məscidə daxil oldum və bütün həyatım dəyişdi. Çox pozitiv idim, maraqlanırdım. İslam haqqında araşdırmaq və çox şeylər öyrənmək istəmişdim. Oradan çıxan kimi ingiliscə Qurani-Kərim alıdıb oxudum. Oxumağa başlayan kimi anladım ki, bə li, bu həqiqətdir. Lakin işlərimin intensivliyi səbəbindən İslamla bağlı araşdırmalarım yarıda qaldı. Bir il sonra evimi dəyişdirəndə kitabxanamda İslam dini haqqında kitablar tapdım və dərhal oxumağa başladım. Müsəlmanların tolerantlıq anlayışı mənim üçün sözün əsl mənasında bir aydınlanma oldu. Bu məsələ ilə bağlı daha çox danışmağımı isə prodüserim qadağan edib. Mən İslama olan marağımı gizlətmək istəməmişəm, lakin menecerim bir az daha gözləməyimi və bunu bir daha yaxşı-yaxşı düşünməyimi söyləmişdi. Mən də onun məsləhətinə qulaq asdım və bir bazar günü həqiqətən müsəlman olmağa qərar verdim. Tək istədiyim dostlarımın və ailəmin məni dəstəkləməsidir".