Xəbər lenti

Honda 900 min avtomobilini geri çağırır
Dünya 14:16 19.11.2017

Honda 900 min avtomobilini geri çağırır

Yaponiyanın avtomobil nəhəngi "Honda" 900 min avtomobilini geri çağıracağını açıqlayıb.

"Qaynarinfo" xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb şirkətin 2011-2017-ci illərdə istehsal etdiyi "Honda Odyssey" markalı avtomobillərinin təhlükəsizlik kəmərlərində ortaya çıxan problem olub.

Sözügedən problem ABŞ-da baş vermiş avtomobil qəzaları zamanı şirkətə daxil olan 46 şikayət zamanı ortaya çıxıb.

Məlumatda bildirilir ki, geri çağırılan avtomobillərin böyük əksəriyyəti ABŞ-dan olsa da, 2000-i dünya miqyasında satılanlar olacaq.

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->