Ekonomiks 10:24 08.10.2019

Nümayişlər iqtisadiyyata 357 milyon dollar zərər vurdu

Honkonqda davam edən etiraz aksiyaları ötən 6 gün ərzində iqtisadiyyata 357 milyon dollar zərər vurub.

Qaynarinfo South China Morning Post-a istinadən xəbər verir ki, bu barədə mütəxəssislər hesablama aparıb. 

Əsas zərərlə pərakəndə, nəqliyyat, hotel və restoran şəbəkəsi üzləşib. Nümayişlər zamanı Honkonqdakı əksər ticarət mərkəzləri, mağaza və restoranlar fəaliyyətini dayandırıb, hotellərin gəliri 50-95% azalıb. 

Ötən şənbə tarixdə ilk dəfə metro şəbəkəsi fəaliyyətini tamamilə dayandırıb, bazar günü qismən sərnişinlərin istifadəsinə verilib. 

Aksiyalar zamanı 900 rezin, 190 plastik, 230 süngər güllədən istifadə edilib, odlu silahdən 6 dəfə atəş açılıb. 

Qeyd edək ki, Honkonqda 9 iyundan bəri nümayişlər davam etdirilir. Ekstradisiya qanunu əleyhinə başlayan etirazlar növbədənkənar seçki tələbi ilə davam etdirilir.

Gülşən