Hulusi Akardan Azərbaycan mesajı:

Hulusi Akardan Azərbaycan mesajı: "Bu anlaşma çərçivəsində..."

"Can Azərbaycana verilən dəstək dünən olduğu kimi, bu gün və sabah da davam edəcək”.

Qaynarinfo xəbər verir ki, bunu Türkiyə müdafiə naziri Hulusi Akar deyib.

"Bunun ən gözəl örnəyi, Azərbaycanın öz torpaqlarını Ermənistan işğalından azad etmək üçün başladığı əməliyyatlar xalq olaraq verdiyimiz dəstəkdir. Hazırda əldə edilmiş anlaşmalar çərçivəsində birgə mərkəzdəki fəaliyyətlərimiz planlaşdırıldığı kimi davam edir. Bütün imkanlarımızla "Bir millət, iki dövlət” anlayışı ilə kədər və sevincində bir və bərabər olduğumuz azərbaycanlı qardaşlarımızın yanındayıq”, - Akar bildirb.

Müdafiə naziri Xocalı Soyqırımının 29-cu ildönümündə ildönümündə Azərbaycan xalqına başsağlığı verməyi də unutmayıb:

"29 il əvvəl bu gün Xocalıda vəhşicəsinə qətkə yetirilən Azərbaycan türkü qardaşlarımızn ağrısını ürəyimizdə yaşatmağa davam edirik. Bu qətliamı unutmadıq, unutmayacağıq. Xocalıda şəhid olan bütün soydaşlarımıza Allahdan rəhmət diləyirik”.  (Teleqraf)
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR