Fransada Makron idarəçiyinə qarşı etiraz edən tələbələr dekan tərəfindən tutulan muzdlu şəxslər tərəfindən vəhşicəsinə döyülüb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Fransanın cənubundakı Montpellier Universitetinin hüquq fakültəsində baş verib. Universitetdə davam edən etirazlar dərs prosesinə mane olduğu üçün rəhbərlik ölkə miqyasında qalmaqala səbəb olacaq nümayiş sərgiləyib.
Lena R. adlı tələbənin verdiyi açıqlamaya görə, hüquq fakültəsinin dekanı Filipp Petel tələbələri vəhşicəsinə döydürüb.
"Təxminən 50 tələbə idik. Dekanımız qar maskası taxmış və əlində dəyənək olan 10 nəfər şəxsi içəri saldı. Danışmadan hamımızı döyüb, sürüyərək çölə çıxardılar. Haqlarını tələb edən tələbə yoldaşlarımın qanlar içində yerdə yatmalarını gördüm. Universitet rəhbərliyinin bu hadisəni alqışladığını gördüm. Tələbələrdən 3-ü tibb işçiləri tərəfindən aparıldı. Polis gəlmədi, bizi döyənlər də arxa qapıdan çıxıb qaçdılar. Təhsilimiz budursa, bizi qorumalı olan polis budursa, ölkəmiz budursa qorxuram".
Dekan isə açıqlamasında bütün bunların cəfəndiyat olduğunu və tələbələrin digər yoldaşları tərəfindən döyüldüyünü deyib:
"Etirazçılara qarşı mübarizə aparanlar da hüquq fakültəsinin tələbələri idi. Mən qar maskası taxan heç kimi görmədim, olanlar da etirazçılardan idi. Bu aksiyalara qarşı çıxan və təhsil almaq istəyən tələbələrimlə qürur duyuram".
Şərhlər