ADNA məhbuslarının saçlarını məcburi şəkildə qırxdıqları haqda yayılan məlumatlar bir çoxlarının etirazına səbəb olub.
Etiraz edənlərin fikrincə, gənclərə qarşı bu davranış işgəncə və ləyaqətin alçaldılmasıdır.
Qaynar.info-nun azadliq.info-ya istinadən verdiyi xəbərə görə, bu gün 2 tanınmış hüquq müdafiəçisi - Vidadi İsgəndərli və Qurban Məmmədov saçlarını qırxdıraraq, gənclərə dəstək ifadə ediblər. Qurban Məmmədov öz “facebook” səhifəsində paylaşdığı şəkilin üstünə “biz də saçı qırxılmışlardanıq” yazıb.
Qaynar.info
Şərhlər